AZ

Səhiyyə Nazirliyi uşaqların immunizasiyası üzrə yeni Təlimat təsdiqləyib

Bakı. Trend:

Azərbaycan Respublikasının səhiyyə nazirinin müvafiq Əmri iləÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF)ilə birgə hazırlanan uşaqların immunizasiyası üzrə yeni Təlimattəsdiqlənib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu Təlimatölkədə həyata keçirilən İmmunizasiya Proqramının əhəmiyyətlişəkildə genişləndirilməsinə təkan verəcək. Təlimatda vaksinasiyayaəks-göstərişlər və ilk dəfə olaraq gecikmiş peyvənd cədvəlihaqqında müasir məlumatlar verilir. O, həmçinin peyvəndinsaxlanması və daşınması, peyvənddən sonra baş verə biləcək əlavətəsirlər, peyvəndin tətbiqi üsulları daxil olmaqla keyfiyyətliimmunizasiya xidmətlərini təmin etmək üçün ilkin səhiyyə xidmətisəviyyəsində tələb olunan bütün məlumatları özündə ehtiva edir.

Təlimatda ölkədə tətbiq olunan profilaktik peyvəndlər təqvimindəəksini tapmayan vaksinlər haqqında da qısa məlumat verilir. Bu daAzərbaycanda vaksinasiya səylərinin əhatə dairəsiningenişləndirilməsinə önəm verilildiyini nümayiş etdirir. Təlimatdakımüasir yanaşmaların təcrübəyə inteqrasiya olunması vaksinlər vəimmunizasiya xidmətləri ilə bağlı yanlış fikirlərin aradanqaldırılmasına kömək edəcək. Bununla da immunizasiya ilə əhatəsəviyyəsinin yüksəlməsinə, həmçinin immunizasiyada bərabərlikməsələlərinin həllinə müsbət təsir göstərəcək.

Yeni təlimat vaksinlə qarşısı alına bilən xəstəliklərdənqorunmaq məqsədilə davam etdirilən səylərimizdə mühüm addımdır. Buvəsait tibb işçilərinə əsaslandırılmış qərar qəbul etmək və uşaqəhalisini mümkün olan ən keyfiyyətli immunizasiya xidmətləri ilətəmin etmək imkanı yaradacaq.

Azərbaycanda immunizasiya xidməti göstərən tibb işçiləri üçünyeni vəsait gündəlik təcrübədə əsas istinad mənbəyi kimi istifadəolunaraq immunizasiya xidmətlərinin təhlükəsizlik və səmərəlilikstandartlarına uyğun aparılmasını təmin edəcək.

Məqalədə:
Seçilən
67
35
az.trend.az

10Mənbələr