AZ

“HƏMAS” silahlıları israilli girovu öldürdü

“Bir-biri ilə əlaqəsi olmayan iki insidentdə israilli girovlardan biri öldürülüb, ikisi isə yaralanıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Fələstinin radikal HƏMAS hərəkatının İzzəddin əl-Qəssam briqadası kimi tanınan hərbi qanadının sözçüsü Əbu Ubeydə bildirib.

Belə ki, girovların mühafizəsinə cavabdeh olan iki silahlı İsrail vətəndaşlarından birini öldürüb, daha ikisini ağır yaralayıb.

“Onların həyatını xilas etmək üçün tədbirlər görülür, vəziyyəti aydınlaşdırmaq üçün komissiya yaradılıb, nəticələr daha sonra açıqlanacaq”, - məlumatda deyilir.

Bizim.Media

Seçilən
19
8
bizim.media

10Mənbələr