AZ

Tarixdə 5-ci, “Qarabağ”dan 3-cü

“Qarabağ” Misli Premyer Liqasının 2024/25 mövsümünə iki böyükhesablı qələbə ilə başlayıb.

Rekord.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda “Araz-Naxçıvan”a 4:1, “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib. 

Ölkə çempionatlarının 32 illik tarixində 5-ci dəfə bir komanda startda iki böyükhesablı qələbə qazanıb.

“Qarabağ” bunu üçüncü dəfə bacarıb. 1993/94 və 2003/04 mövsümlərində də oxşar ssenari yaşanıb. 2000/01 mövsümündə “Neftçi” ilk iki oyununda üç və ya daha çox top fərqilə qalib gəlib. Sonuncu belə start isə 2008/09 mövsümündə gerçəkləşib. 16 il əvvəl “Qəbələ” ilk iki görüşdə böyük hesabla qalib gəlib.

Seçilən
49
12
rekord.az

10Mənbələr