AZ

Bakı şəhəri ilk dəfə olaraq İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

Bakı. Trend:

Azərbaycanın noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşdığıbir vaxtda paytaxt Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransı ərəfəsində cəmiyyətimaarifləndirərək səfərbər etmək məqsədilə ilk İqlim FəaliyyətiHəftəsinə hazırlıq görür.

Trend bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuatxidmətinə istinadən məlumat verir.

COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainintəşəbbüsü ilə təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi 30sentyabr bazar ertəsindən 4 oktyabr cümə gününə qədər keçiriləcək.Hazırda dünyanın şəhər səviyyəli ən böyük ictimai iqlim tədbiri -London İqlim Fəaliyyəti Həftəsi ilə əməkdaşlıq çərçivəsində təşkilolunan Bakı İqlim Fəaliyyəti Həftəsində yüksək səviyyəli beynəlxalqkonfransların, eləcə də çoxtərəfli yerli və icma yönümlütədbirlərin keçirilməsi planlaşdırılır.

COP29 Sədrliyinin sıx qrafiki fonunda keçiriləcək Bakı İqlimFəaliyyəti Həftəsi iqlim dəyişmələri ilə mübarizə sahəsində həmBakı şəhəri, həm də ümumilikdə Azərbaycan tərəfindən görüləngenişmiqyaslı işləri, habelə iqlim fəaliyyətinə dəstək olmaq üçünbeynəlxalq əməkdaşlığın təşviqini ön plana çəkəcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycanda iqlim dəyişmələrinəqarşı mübarizə tədbirlərini sürətləndirmək üçün dövlət səviyyəsindəaparılan müzakirələrin genişləndirilməsi baxımından növbətiəhəmiyyətli mərhələdir. İqlim Fəaliyyəti Həftəsi siyasi lider vəşirkət rəhbərlərindən tutmuş yerli icma və gənclərə qədər hər kəsicəlb etməklə yanaşı, Azərbaycanın iqlim dəyişmələrindən irəli gələncari problemlərini həll etmək və “yaşıl” keçidin təklif etdiyiimkanları araşdırmaq üçün maarifləndirici və stimullaşdırıcıplatforma olacaqdır.

Bakı İqlim Fəaliyyəti Həftəsinə start veriləcəyini elan edənCOP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai qeydetmişdir ki: “Azərbaycan cari ilin noyabrında COP29 konfransına evsahibliyi etməkdən şərəf duyur və COP29 Sədrliyi iqlim dəyişmələriilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək üçün butədbirin uğurlu olmasına çalışır. Bizə məlumdur ki, həm şəhərlər,həm də özəl sektor iqlim həllərinin inkişaf etdirilməsi vəbeynəlxalq diplomatiyaya dəstək göstərilməsində əsas rol oynayır.Məhz buna görə də, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionuolaraq mən və COP29 Sədrliyi ilk Bakı İqlim Fəaliyyəti Həftəsinə evsahibliyi etməkdən qürur duyuruq.”

COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bildirmişdir ki:“Azərbaycan üçün bu qədər önəmli bir ildə Bakı İqlim FəaliyyətiHəftəsinin keçirilməsi ölkəmizdə iqlim dəyişmələrinə qarşımübarizəni sürətləndirmək məqsədilə dövlət səviyyəsində aparılanmüzakirələrin genişləndirilməsi baxımından növbəti mühümmərhələdir. Azərbaycan örnək olmaq istəyir və COP29-un ambisiyalarıartırmaq və fəaliyyətə təkan vermək məramı üçün həm inkişaf etmiş,həm də inkişaf etməkdə olan ölkələr üzərilərinə düşən rolulayiqincə yerinə yetirməlidir. Cari ilin noyabr ayında Bakıdakeçiriləcək COP29 konfransında dünya ölkələrini qarşılamaq üçünhazırlıq gördüyümüz bir ərəfədə Bakı İqlim Fəaliyyəti Həftəsi kimitədbirlər siyasi lider və şirkət rəhbərlərindən tutmuş yerli icmavə gənclərə qədər hər kəsi bir arada toplayaraq maarifləndirici vəstimullaşdırıcı platformanı təmin edir, biz isə Azərbaycanın iqlimdəyişmələrindən irəli gələn cari problemlərinin həllini və “yaşıl”keçidin təklif etdiyi imkanların araşdırılmasını davam etdiririk.Azərbaycanın strateji konsepsiyasına uyğun olaraq, paytaxt Bakışəhəri də bərpa olunan enerji texnologiyalarının araşdırılmasını vətətbiqini davam etdirir. Həmçinin, “yaşıl” keçidin faydaları barədəməlumatlılığı həm yerli, həm də beynəlxalq səviyyədə artırmaq üçüninsanları bir araya gətirmək müsbət bir təşəbbüsdür. Ümidvarıq ki,Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-a doğru böyük bir addım olmaqlayanaşı, cəmiyyətdə iqlim fəaliyyətini səfərbər etmək əzmimizi dəəyani şəkildə sərgiləyəcək.”

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə bunlarıəlavə etmişdir: “Həm Bakı şəhəri, həm də ümumilikdə Azərbaycan üçünmaraqlı və önəmli bir ildə bu cür genişmiqyaslı və yüksək profillitədbiri təşkil və idarə etmək bizim üçün qürurverici vəzifədir.Noyabr üçün hazırlıqlar davam edir və biz COP29 konfransını dünyasəviyyəli tədbirlərdən biri kimi təşkil etmək üçün hazırlıqişlərini qrafikə uyğun davam etdiririk. Artıq Bakı şəhəri qlobalkonfranslara ev sahibliyi sahəsində təcrübəlidir və bu il də beləolacaq, yəni Bakı İqlim Fəaliyyəti Həftəsi bu ənənənin yenidavamına çevriləcəkdir. Bakı İqlim Fəaliyyəti Həftəsinin ilktədbiri üçün nəzərdə tutulmuş məkanlar Bakının zəngin mədəniirsinin müxtəlif aspektlərini vurğulamaqla yanaşı, qədim bir şəhərilə keçid dövründə olan bir ölkənin hekayəsini anlatmağa köməketmək məqsədilə seçilib.”

London İqlim Fəaliyyəti Həftəsi ilə Bakı İqlim Fəaliyyəti Həftəsiarasında əməkdaşlıqla bağlı London İqlim Fəaliyyəti Həftəsinintəsisçisi və sədri, iqlim dəyişmələri sahəsində göstərdiyi səylərəvə COP26 (BB) Sədrliyinə göstərdiyi dəstəyə görə Britaniyaİmperiyası Ordeninə (OBE) layiq görülmüş Nik Mabey bildirmişdir ki:“Biz COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu və onunkomandasını 22-30 iyun 2024-cü il tarixlərində Londonda keçirilmişİqlim Fəaliyyəti Həftəsində qəbul etdiyimiz üçün çox məmnunuq.Londonda cəmiyyətin bütün təbəqələrini səfərbər edən bu unikalmodel Oklend, Sidney və Dublin kimi şəhərlərdə də bənzər həftələrinkeçirilməsinə stimul verib. İndi isə Bakıda bu layihə üzərindəişləmək bizim üçün qürurverici haldır.”

Bakı İqlim Fəaliyyəti Həftəsinin proqram direktoru Malini Mehri isəqeyd etmişdir ki: “Dünya ictimaiyyətinin də görəcəyi kimi, Bakıqeyri-adi gözəlliyi olan və “yaşıl” keçid tarixində mühüm roloynayacaq bir şəhərdir. Biz COP29-un İqlim üzrə yüksək səviyyəliçempionu, COP29 Sədrliyi, Bakı şəhəri, əsas maraqlı tərəflər vəyerli icmalarla birlikdə Bakı İqlim Fəaliyyəti Həftəsinin ilktədbirini həyata keçirməkdən çox məmnunuq. Bu, COP29 ərəfəsindəBakı ilə tərəfdaşlıq üçün əlamətdar bir hadisə olacaq!”

Builki tədbirin əsas mövzuları “Enerji keçidi”,“Şəhərlər/Urbanizasiya olunmuş mühitlər”, “Su təhlükəsizliyi”,“Qida və Kənd təsərrüfatı”, “Kiçik və Orta biznes müəssisələri” və“Yaşıl bacarıqlar” olacaq.

Həftənin birinci yarısında tədbirdə dövlət qurumları, elmi dairələrvə özəl sektor nümayəndələri iştirak edəcək, ikinci yarısında isəincəsənət və mədəniyyət tədbirləri təşkil olunacaqdır.

Daha ətraflı məlumat və Bakı İqlim Fəaliyyəti Həftəsinin proqramıtezliklə www.bakuclimateactionweek.azveb-saytında yerləşdiriləcək.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
25
az.trend.az

10Mənbələr