AZ

İranın vitse-prezidenti istefa verdi


2013-2021-ci illərdə İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən və ABŞ ilə danışıqların tərəfdarı olan İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif 10 gün vəzifədə qaldıqdan sonra istefa verib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə səhifəsində bildirib.
“Mən yeni kabinetin formalaşdırılması üzrə Məşvərət Şurasının rəhbəri kimi işimin nəticəsindən razı deyiləm, Digər problemlərlə yanaşı, bu, məni öz yolumu universitetdə davam etdirməyə məcbur etdi”, - vitse-prezident qeyd edib.
Söhbət iyulun 5-də İranda keçirilən prezident seçkilərində Məsud Pezeşkianın qələbəsindən dərhal sonra Zərifin rəhbərlik etdiyi Məşvərət Şurasından gedir. Zərif avqustun 11-də təsdiq üçün parlamentə təqdim edilən yeni kabinet üçün namizədlərin seçilməsinə cavabdeh idi.
Qeyd edək ki, İslam Respublikasının islahatçı qanadının nümayəndəsi olan Zərif ABŞ ilə dialoqun əsas tərəfdarlarından biri hesab olunur və buna görə İran mühafizəkarları tərəfindən tənqid edilir.
Diplomat 2015-ci ildə Tehranın nüvə proqramına dair sazişin hazırlanmasında və bağlanmasında fəal iştirak edib. O, ABŞ dövlət katibi və digər Amerika rəsmiləri ilə dəfələrlə danışıqlar aparıb.
Pezeşkianın seçkilərdəki qələbəsindən sonra Zərif yeni prezidentin Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) bərpa etməyə hazır olması barədə bəyanat yayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
50
yeniavaz.com

10Mənbələr