AZ

Ford şirkəti Red Bull-la əməkdaşlığını genişləndirib

F-1.az xəbər verir ki, tərəflər əməkdaşlığın başlanğıcını elan edəndə, Ford yalnız güc qurğusunun elektrik hissəsinə cavabdeh idi. Lakin münasibətlər inkişaf etdikcə tərəflər əməkdaşlığı genişləndirdi və indi Ford mühəndisləri daha çox komponent hazırlayır.

Ford Performance Motorsport-un rəhbəri Mark Raşbruk deyib: “Red Bull-un Porsche ilə razılaşa bilmədiyi məlum olanda, mən Kristian Hornerin elektron poçt ünvanını tapıb ona “Bizimlə danışmaq istəmirsiniz?” sualı ilə məktub göndərdim. İndi əməkdaşlığımız elə səviyyədədir ki, biz Red Bull-a nə edəcəyini və necə edəcəyini demirik. Onlar Formula1-də o qədər illərdir ki, əsasən biz onlardan uğur üçün nəyə ehtiyacları olduğunu soruşuruq.

İlkin razılaşmalara əsasən, biz yalnız 2026-cı il güc qurğusunun elektrik hissəsinə töhfə verməli idik. Lakin indi biz həm də turboşarj ilə işləyirik və daxili yanma mühərriki üçün sınaq stendləri təmin edirik, çünki Ford-da bunun üçün lazımi bilik və avadanlıq var.

Bizim şüarımız – az vəd etmək, amma çox əldə etməkdir”.

Seçilən
56
f-1.az

1Mənbələr