AZ

ABŞ lılar Tayvana səfərə gedib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvlərindən ibarət nümayəndə heyəti Tayvana səfərə gedib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə adanın Xarici İşlər Nazirliyi məlumat yayıb.


Merilin Striklandın (D-Vaşinqton) rəhbərlik etdiyi nümayəndə heyəti dörd qadın parlamentaridən ibarətdir. Buraya Julia Brownlee (Kaliforniya), Jill Tokuda (Havay), Jasmine Crocket (Texas) daxildir. Səfər avqustun 11-dən 15-dək davam edəcək.

Nümayəndə heyətini Tayvan administrasiyasının rəhbəri Lai Qingde və onun müavini Xiao Meiqin, həmçinin adanın Xarici İşlər Nazirliyinin rəhbəri Lin Jialun qəbul edəcək. Bu təmaslar zamanı Amerika nümayəndə heyəti ABŞ və Tayvan arasında əməkdaşlıq, Tayvan boğazında və bütövlükdə regionda təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırır.

Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsib və Çin Xalq Respublikası ilə əlaqələr qurub. Vaşinqton “vahid Çin” siyasətini tanımaqla yanaşı, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
42
oxu24.com

10Mənbələr