AZ

Paris-2024: Əliyev 1/4 finalda uduzdu

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.



Komanda.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevlə mübarizə aparıb. Əliyev rəqibinə 3:10 hesabı ilə məğlub olub. Buna baxmayaraq, o, medal şansını saxlayıb. Belə ki, Muszukayev finala vəsiqə qazanacağı təqdirdə, idmançımız bürünc uğrunda yarışmaq şansı əldə edəcək.



Paris-2024 avqustun 11-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərHacı Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
28
komanda.az

10Mənbələr