AZ

“Neftçi” “Səbail”ə, “Araz-Naxçıvan” “Şamaxı”ya qarşı

Azərbaycan Premyer Liqasında bu gün II turun daha iki oyunu baş tutacaq.

Msport.az xəbər verir ki, qarşılaşmalat Bakıda gerçəkləşəcək.

İlk turda böyükhesablı məğlubiyyət alan komandalar bir xalla kifayətlənən klubları qəbul edəcək. Bölgə təmsilçilərinin duelində “Araz-Naxçıvan” “Şamaxı”nı sınağa çəkəcək. “Neftçi” isə Bakı derbisində “Səbail”in qonağı olacaq.

Qeyd edək ki, ilk oyun günündə “Qarabağ” “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib. Tura isə sabah yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
II tur
10 avqust (şənbə)
18:45. “Araz-Naxçıvan” – “Şamaxı”
Baş hakim: 
Fərid Hacıyev
“Liv Bona Dea Arena”

21:00. “Səbail” – “Neftçi”
Baş hakim:
 Kamal Umudlu
“ASCO Arena”

Seçilən
37
1
msport.az

10Mənbələr