AZ

Türkiyə-Yaponiya əlaqələri tarixi bağlar üzərində qurulub - Güler

Bakı, TurkicWorld

Türkiyə-Yaponiya əlaqələri tarixi bağlar üzərində qurulub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Güler deyib.

“Türkiyə-Yaponiya dostluq münasibətlərinin inkişafı və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100 illiyi münasibətilə İstanbulun Sarayburnu limanında lövbər saldıq.” – deyə o qeyd edib.

Məlumat üçün qeyd edək ki, Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinə məxsus “Kaşima” gəmisində qəbul keçirilib.

“2013-cü ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmiş əlaqələrimiz çərçivəsində hər sahədə olduğu kimi, hərbi və müdafiə sənayesi sahəsində də əməkdaşlığımız qənaətbəxş səviyyədədir” – deyə Güler bildirib.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
turkic.world

1Mənbələr