AZ

Paris-2024: Bədii gimnastika üzrə Azərbaycan millisi finala vəsiqə qazanıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.

Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət təsnifat mərhələsini 8-ci pillədə başa vurub.

Milli ümumilikdə 62.000 xal toplayıb. Yığma halqalarla hərəkətdə 33.850, üç lent və iki topla isə 28.150 xala layiq görülüb.

Final sabah, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Seçilən
70
25
cbcsport.az

10Mənbələr