AZ

Paris-2024: Azərbaycan millisi finala vəsiqə qazandı

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.

Futbolinfo.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət təsnifat mərhələsini 8-ci pillədə başa vurub.

Milli ümumi 62.000 xal toplayıb. Yığma halqalarla hərəkətdə 33.850, üç lent və iki topla isə 28.150 xala layiq görülüb. Final sabah Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Olimpiada avqustun 11-də başa çatacaq.

Seçilən
50
25
futbolinfo.az

10Mənbələr