AZ

Məhbus ailələrindən pul tələb edən şəxs saxlanıldı

Polis və penitensiar xidmət əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə məhbus ailələrinə zəng vuraraq pul tələb edən şəxs müəyyən olunub.

Bu barədə “Unikal”a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 1991-ci il təvəllüdlü N.Əhmədov polis tərəfindən saxlanılıb. Araşdırmalarla onun digər bir neçə məhbus ailəsinə zəng edərək qanunsuz pul vəsaitləri tələb edərək bank hesablarına köçürdüyü məlum olub. Araşdırma gedir.

Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Belə ki, N.Əhmədovun məhbuslardan birinin həyat yoldaşını aldadaraq 5 min manat aldığı bildirilirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
22
unikal.az

10Mənbələr