AZ

Polisin əmrinə tabe olmayan avtoxuliqan saxlanılıb – VİDEO

Sosial şəbəkələrdə Dövlət Yol Polisi (DYP) əməkdaşlarına tabesizlik göstərən sürücünün görüntüləri yayılıb.

TEMPİNFO xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən yayılan görüntülərə aydınlıq gətirilib.

Bildirilib ki, avqustun 7-də saat 17:30-da paytaxt ərazisində yol hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə VAZ-2107 avtomobilinin sürücüsünə DYP əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib. Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.

Görülən tədbirlərlə sürücü – 1995-ci il təvəllüdlü Elşən Teyfur oğlu Abdullayev Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.

E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

 

Avtoxuliqanlıq

Seçilən
21
36
tempinfo.az

10Mənbələr