AZ

Taksilər üzərində sərt nəzarət: Qiymətlər artacaq

Azərbaycanda taksi xidmətinə daha bir qurum nəzarət etməyə başlayır. Bundan sonra taksi fəaliyyətinə Vergi Xidməti də nəzarət edəcək. Bu, Nazirlər Kabinetinin yeni qərarından sonra reallaşıb. 

 

Qərara əsasən, faktiki olaraq hər bir taksi avtomobili üzrə gəlirlər barədə vergiyə hesabat verəcək. Belə ki, yeni qərara görə, Taksi sifarişi operatorları hər ay vergi xidmətinə maşının modeli, qeydiyyat nişanı və markası ilə yanaşı, taksi operatoru və taksi avtomobili üzrə əlavə məlumatlar da verməlidirlər. Bəs görəsən, bu taksinin fərdi və şirkət seqmentində hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, fərdi taksi fəaliyyəti ilə məşğul olanların gəlir vergisinə cəlb olunması bağlanan müqavilələrdən asılıdır:

“Bütün hallarda taksi xidmətində kifayət qədər ciddi bahalaşma var. Bildiyiniz kimi, bahalaşma təxminən 2 dəfəyə qədər yaxınlaşıb. Onsuz da bu vaxta qədər tətbiq olunan yeniliklər taksi xidmətinə öz təsirini göstərib. Fiziki şəxslər gəlirini bəyannamə ilə vergi orqanlarına təqdim edir. Burada gəlirin nə qədərini göstərib-göstərməyəcəyi artıq başqa məsələdir. Fiziki şəxslərin standart vergi tətbiqi var. Məlum olduğu kimi, onlar gəlirdən 4 faiz vergi ödəyir. Düşünürəm ki, eyni zamanda həmin fiziki şəxslərə tətbiq olunacaq gəlir verigisi məhz fiziki şəxs kimi fəaliyyət göstərənlərə tətbiq olunacaq. Bu 4 faizdən çox ola bilməz və qanunvericilik buna imkan vermir”.

Ekspert şirkətlərlə taksi xidmətləri arasında bağlanmış müqavilələrin ciddi incələnməli olduğunu qeyd edib:

“Burada şirkətlərlə taksi xidməti arasında bağlanmış müqavilələr də kifayət qədər incələnməlidir. Əgər birbaşa xidmət göstərən subyekt olaraq şirkətin özü göstəriləcəksə, o zaman fərdi olaraq hər bir taksi xidməti vergiyə cəlb olunmamalıdır. Ümumi olaraq bütünlükdə gəlir vergisini şirkət ödəməlidir. Yəni bu cür tətbiq olmaların müqavilələrə bağlılığı çox ciddi məsələdir. Vergi tutumları şirkətlə və ya fiziki şəxsə bağlanan müqavilələrə əsaslanacaq”.

TEMPİNFO

Seçilən
22
7
tempinfo.az

7Mənbələr