Nazirlikdən verilən açıqlamada bildirilib ki, Kiyev administrasiyası bu gecə Rusiya ərazisində obyektlərə hücum etməyə cəhd edib.

İndex.az xəbər verir ki, açıqlamada hücumun qarşısı alındığı bildirilib.

“Belqorod vilayətində 26, Lipetsk vilayətində 19, Kursk vilayətində 7, Bryansk vilayətində 5, Voronej vilayətində 4, Orlov vilayətində 1, Krım və Qara dəniz üzərində 13 PUA Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – deyə nazirlik bildirib.

Açıqlamada Qara dəniz sularında 7 pilotsuz dəniz vasitəsinin məhv edildiyi də qeyd edilib.

Rusiyanın Lipetsk vilayətinin qubernatoru İqor Artamonov “Telegram” kanalında verdiyi açıqlamada Ukraynanın PUA-nın hücumu nəticəsində 9 nəfərin yaralandığını bildirib.

Xəsarət alanların xəstəxanaya yerləşdirildiyini deyən Artamonov bölgədəki əyləncə tədbirlərini ləğv etmək qərarına gəldiklərini bildirib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da qeyd edib ki, 4 Ukrayna PUA-sı Şebekino şəhərində çoxmərtəbəli yaşayış binasına çırpılıb.

Hücumdan sonra binalarda yanğın baş verdiyini bildirən Qladkov hadisədə xəsarət alan olmadığını bildirib.