AZ

Paris-2024: Həsrət Cəfərov bürünc medal qazanıb - FOTO

Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarına bu gün yekun vurulacaq.Mediaxeberleri.Az xəbər verir ki, son iki çəkidə mükafatçılar bəlli olacaq.Azərbaycan yığmasının bir güləşçisi xalçaya çıxıb. Həsrət Cəfərovun uğuru sayəsində “klassiklər”imiz Paris-2024-ü 1 medalla başa vurublar.Yunan-Roma güləşi67 kqHəsrət Cəfərov Olimpiadada son görüşünə çıxıb. O, bürünc medal uğrunda qarşılaşmada Amantur İsmayılovla (Qırğızıstan) güləşib. İdmançımızın rəqibinə tam üstünlüklə qalib gəlib - 8:0. Bununla da Cəfərov Olimpiadanı bürünc medalla bitirib.Qeyd edək ki, yunan-Roma güləşi millimiz Fransa paytaxtına 5 idmançı ilə yollanıb. Onlardan dördü çıxışını medalsız başa vurub.Azərbaycanın yunan-Roma güləşçilərinin yarışda qazandığı ilk və tək mükafat olub. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovun (58 kq) gümüş mükafat qazanıb. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Seçilən
61
1
mediaxeberleri.az

2Mənbələr