Krım sahilləri yaxınlığında Qara dəniz üzərində Ukrayna raketi məhv edilib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Teleqram kanalında məlumat yayıb.
Məlumata görə, noyabrın 9-da Moskva vaxtı ilə saat 17:40 radələrində Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki hədəflərə "Neptun" gəmi əleyhinə raketdən istifadə etməklə həyata keçirdiyi hücum cəhdinin qarşısı alınıb:
"Növbətçi hava hücumundan müdafiə sistemləri Krım yarımadası sahillərində, Qara dəniz üzərində Ukrayna raketini məhv edib".
Milli.Az