AZ

Cəlilabadda Beynəlxalq Oftalmologiya Gününə həsr olunan sağlamlıq günləri keçirilib

Cəlilabad rayonunda Beynəlxalq Oftalmologiya Gününə həsr olunan sağlamlıq günləri keçirilib.

Ednews-un məlumatına görə, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə 7-8 avqust tarixlərində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlara Bakı şəhərində yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər (oftalmoloq, nevroloq, endokrinoloq) tərəfindən tibbi xidmətlər göstərilib.

Müayinələr Cəlilabad-Salyan tibbi ərazi bölməsinə aid olan Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonları və Lənkəran tibbi ərazi bölməsinə aid olan - Lənkəran, Lerik, Masallı, Astara, Yardımlı rayonlarının vətəndaşları üçün təşkil edilib.

Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak ediblər.

"Gözləriniz bizə əmanət" layihəsi çərçivəsində həkim-mütəxəssislər tərəfindən vətəndaşlara zəruri tibbi məsləhətlər verilib və onlar ətraflı tibbi müayinələrdən keçiblər.

Seçilən
70
3
ednews.net

4Mənbələr