AZ

Paris-2024: Azərbaycan bədii gimnastı yarışı 18-ci sırada başa vurub

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 18-ci yeri tutub.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 23 yaşlı idmançı son olaraq gürzlə bacarığını göstərdikdən sonra 26.750 xala layiq görülüb.

Ümumilikdə 117.850 xal toplayan gimnastımız yekun sıralamada 18-ci yeri tutaraq, ilk "onluq"dan kənardan qalıb və finala yüksələ bilməyib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Seçilən
65
7
baku.ws

10Mənbələr