AZ

“Ukrayna ordusu təəccübləndirməyi və nəticə əldə etməyi bacarır” –ZELENSKİ

“Ukrayna ordusu təəccübləndirməyi və nəticə əldə etməyi bacarır”.

Azpost.info  “İnterfaks-Ukrayna”ya istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski ordu üçün “Army+” proqramının təqdimatı zamanı deyib.

“Hər kəs görür ki, Ukrayna ordusu təəccübləndirməyi bacarır. Bu, bizim əsgərlərimizin nəinki işğalçıların gücünə tab gətirdiyini, həm də döyüş meydanında lazım olan şəkildə onu məhv edə bildiyini nümayiş etdirir”, – deyə Ukrayna Prezidenti bildirib.

Zelenskinin bəyanatı Reuters-in məlumatında isə bildirilir ki, Zelenski bu bəyanatı Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin sərhəd bölgələrinə hücumu fonunda verib.

Zelenski öz çıxışında qeyd edib ki, Ukrayna ordusu yeni döyüş üsullarını, o cümlədən pilotsuz təyyarələrdən istifadəni mənimsəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
azpost.info

1Mənbələr