AZ

AFFA “Qarabağ” və Elvin Cəfərquliyevi cəzalandırıb

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev cəzalandırılıb.

TEMPİNFO xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Elvin Cəfərquliyev Azərbaycan Premyer Liqasının I turunun “Araz-Naxçıvan” – “Qarabağ” matçının 78-ci dəqiqəsində ikinci sarıya görə qırmızı vərəqə alıb. Bu üzdən Cəfərquliyev bir oyun cəzalanıb. O, “Qarabağ”ı 500 manat ziyana salıb.

Qeyd edək ki, oyun Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

TEMPİNFO

Seçilən
66
5
tempinfo.az

5Mənbələr