AZ

897-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 897-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 636 təyyarəsi, 278 helikopteri, 29 402 PUA-sı, 563 zenit-raket kompleksi, 16 937 tank və digər zirehli texnikası, 1 398 reaktiv yaylım atəş sistemi, 12 976 artilleriya və minaatanı, 24 528 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Seçilən
108
49
axar.az

10Mənbələr