AZ

Snup Doq olimpiadanı təbliğ etdiyinə görə gündə 500 min dollar maaş alır

Yayımlandı: 8 Avqust 2024 16:18 Şirkət repçini müxbir kimi işə götürüb Amerikanın “NBC” telekanalının rep ifaçısı Snup Doqa Paris Yay Olimpiya oyunlarını təbliğ etməsi üçün gündəlik 500 min dollar ödədiyi bildirilir. Məlumata görə, şirkət repçini müxbir kimi işə götürüb. Snup Doq hər gün xəbərlərdə görünür. “NBC” onun yaşayış, yemək və digər ehtiyacları üçün bütün xərclərini də qarşılayır. Məlumatda müqayisə üçün qeyd edilir ki, amerikalı idmançılar qızıl medala görə 37,5 min, gümüş medala görə 22,5 min, bürünc medala görə isə 15 min dollar alacaqlar. Snup Doq isə açılış mərasimindən əvvəl olimpiya məşəlini 200 metr daşıdığına və gündəlik oyunlarla bağlı xəbərlərdə məlumat verdiyinə görə, 16 gün ərzində ümumilikdə 8 milyon dollar alacaq. 2024-cü il iyulun 26-da Fransanın paytaxtı Parisdə başlayan Yay Olimpiya Oyunları avqustun 11-dək davam edəcək. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
xural.com

1Mənbələr