AZ

Ukraynadan Nigerə reaksiya:RUSİYA İLƏ BİR OLUB...

Ukrayna Nigerin Kiyevlə diplomatik əlaqələri kəsməsinə reaksiya verib.

Redaktor.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, Ukrayna ilə diplomatik əlaqələri kəsmək qərarı “Rusiya ilə həmrəylik” məqsədi ilə qəbul edilib. Niger səlahiyyətlilərinin Malidəki hadisə ilə bağlı heç bir araşdırma aparmadan və heç bir sübut təqdim etmədən Ukrayna ilə diplomatik əlaqələri kəsmə qərarı təəssüf doğurub. 

Bəyanatda həmçinin Ukraynanın ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyi, daxili işlərinə qarışmadığı, Afrika ölkələri ilə məhsuldar əlaqələr saxlamaq əzmində olduğu vurğulanıb.

Qeyd edək ki, əlaqələrin kəsilməsinə səbəb Ukraynanın iyulun sonunda Mali hökumət qoşunlarının və onların tərəfində döyüşən “Vaqner” silahlılarının kolonuna hücum edən Tuareq qəbiləsindən olan üsyançılara dəstək verməsi olub. Lakin Ukrayna bunu təkzib edib.

Türkan İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
redaktor.az

1Mənbələr