AZ

Bu qızı kim görüb? - FOTOLARI

Bakıda 18 yaşlı qız itkin düşüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Zeynəb Şərifova iyulun 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun əlamətləri: boyu 155 sm, arıq bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qəhvəyidir. Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in "102" zəng mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə, o cümlədən 14-cü Polis Şöbəsinə (012) 455-02-02 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.  

 

 

Saglamolun.Az





Seçilən
85
10
saglamolun.az

10Mənbələr