AZ

Belarusun hərbi rəsmiləri İrana getdi - FOTOLAR

İRNA xəbər verir ki, dünən Tehrana səfər edən Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general-mayor Andrey Lukyanoviç İran Ordusunun baş komandanı Əbdürrəhim Musəvi ilə bir araya gəlib. 

Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, tərəflər İran Ordusunun Baş Komandanlığının qərargahında görüşərək söhbət ediblər.

Bildirilib ki, görüşdə Andrey Lukyanoviç ölkəsinin İranla hərbi əməkdaşlığı genişləndirmək və dərinləşdirmək istədiyini vurğulayıb. Danışıqlardan sonra Lukyanoviç İran ordusunun baş komandanını Belarusun müdafiə qabiliyyəti ilə tanış olmaq üçün ölkəsinə səfərə dəvət edib.

Qeyd edək ki, belaruslu general İrana səfəri zamanı İran Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahedi ilə də görüş keçirib. 

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
40
cebheinfo.az

10Mənbələr