AZ

Hərbçi Fərid Məmmədovla Ağdamda vida mərasimi KEÇİRİLİR

Laçın rayonunda iki il əvvəl itkin düşərək həlak olan hərbçi Fərid Məmmədovun meyitinin qalıqları Ağdam rayonunda ailəsinə təhvil verilib.

Gundem.az-ın report-a istinadən məlumatına görə də, hazırda həlak olan hərbçi ilə vida mərasimi keçirilir.

Qeyd edək ki, Fərid Əjdər oğlu Məmmədov 2003-cü il mayın 23-də anadan olub. F.Məmmədov və onun əsgər yoldaşı, 2003-cü il təvəllüdlü Firdovsi Mais oğlu Abdullayev 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. Onların meyitinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb.

F.Məmmədov Ağdam rayonu Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunacaq.

Seçilən
66
20
gundem.az

10Mənbələr