AZ

Paris-2024: Osman Nurmaqomedov 1/4 finalda

Paris. Trend:

Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davamedir.

Trend xəbər verir ki, bu gün sərbəst güləşçilərin mübarizəsistart götürüb.

İlk gündə iki çəkidə qarşılaşmalar başlayıb. Azərbaycan millisihər iki kateqoriyada təmsil olunur.

Sərbəst güləş
57 kq
1/8 final

Əliabbas Rzazadə yarışa 1/8 finaldan başlayıb. Avropaçempionatlarının qızıl və gümüş mükafatçısının startda Özbəkistantəmsilçisi Qulomjon Abdullayevlə güləşib. Görüş rəqibin 11:4hesablı qələbəsi ilə yekunlaşıb.

86 kq
Osman Nurmaqomedov da ilk görüşünə 1/8 finalda çıxıb. O,monqolustanlı Baasanyarqal Byambasuren ilə üz-üzə gəlib.Qarşılaşmada idmançımız 11:2 hesabı ilə qalib gəlib. Nurmaqomedov1/4 finalda Nazem Aminlə (San Marino) gücünü yoxlayacaq.

Qeyd edək ki, bu iki çəkidə təsəlliverici qarşılaşmalar və medalgörüşləri sabah təşkil olunacaq.

Seçilən
6
1
az.trend.az

2Mənbələr