AZ

Azad olunmuş ərazilərdə neçə məntəqə fəaliyyət göstərir? - Şura sədri AÇIQLADI

Biz Xankəndidə gözəl məntəqələr yaratmışıq. Yenə də orada yaşayan erməni əsilli vətəndaşlarımıza fərq qoymuruq, seçkidə iştirak edə bilərlər.

Olaylar xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.

"İlk Milli Məclis seçkiləridir ki, bunu Zəfər seçkiləri də adlandıra bilərik. Növbəti dəfə Azərbaycanın bütün suveren ərazisində seçki məntəqələrində səsvermə keçirəcəyik. İşğaldan azad olunmuş ərazilərdə 34 məntəqə fəaliyyət göstərir. Orada bütün şərait yaradılıb",- deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
olaylar.az

3Mənbələr