Naxçıvan Beynəlxalq Hava Limanının tabeliyindəki “Aeroport Taksi” MMC ləğv olunduğunu elan edib.
Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Naxçıvan aeroportuna bildirə bilərlər.
Xatırladaq ki, “Aeroport Taksi” 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Hesablama Palatası ötən il keçirdiyti yoxlamalar zamanı şirkətin fəaliyyətində nöqsanlar aşkar edib.