VGTRK-nin müharibə müxbiri Yevqeni Poddubnıy Kursk vilayətində yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, Ukrayna dronunun hücumu zamanı xəsarət alıb.
Vurğulanıb ki, müxbir xəstəxanaya yerləşdirilib.
Qeyd edilib ki, bir neçə saat əvvəl Poddubnıy Kursk vilayətindəki vəziyyətlə bağlı redaksiyaya reportaj göndərib.