AZ

Xarici işlər nazirinin müavini İƏT İcraiyyə Komitəsinin növbədənkənar görüşündə iştirak edib

Avqustun 7-də Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib.
XİN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.
Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasında son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib.
Görüşün sonunda Yekun Kommünike qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
18
turk.az

10Mənbələr