AZ

Siyasətçilərin yay tətili: Kim, harada istirahət edir? – VİDEO

APA TV partiya sədrlərinin yay tətilini harada keçirməsinə dair sorğu keçirib.

TEMPİNFO xəbər verir ki, sorğuda iştirak edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, bu yay növbədənkənar parlament seçkiləri ilə əlaqədar tətilə çıxmayıb.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hazırda ailəsi ilə birlikdə Bilgəhdə istirahət etdiyini qeyd edib.

Həmçinin Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da Bakıda istirahət etdiyini vurğulayıb. O yaxın günlərdə ölkəmizin rayonlarından birinə istirahət üçün yollanacağını istisna etməyib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə dincəlmək üçün pul lazım olduğunu, bu səbəbdən istirahət etmədiyini bildirib:

“Pul da bizdə yoxdur. Partiyadan kənara çıxmırıq”.

Daha ətraflı APA TV-nin videomaterialında:

TEMPİNFO

 

 

Seçilən
77
tempinfo.az

1Mənbələr