AZ

"Paris-2024": Taekvondoçumuz finalda -YENİLƏNİB/VİDEO

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.

“İki sahil” xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb.

Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb - 9:4, 11:1.

Qaşımın finaldakı rəqibi Cənubi Koreyalı Park Taejoon olacaq. Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.

Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

***

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

“İki sahil” xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Maqomedov yarımfinala yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
13
ikisahil.az

10Mənbələr