AZ

Sükan arxasında bir-birini videoya çəkən xanım sürücülər qəzaya düşdülər- ANBAAN VİDEO

Abşeron rayonu Masazır qəsəbəsində qayda pozan sürücülərdən biri qəzaya səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, hadisənin görüntüsü sosial şəbəkədə paylaşılıb. Belə ki, hərəkətdə olan 99-PV-466 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı və “Chevrolet” markalı avtomobillərin sürücüləri sükan arxasında mobil telefondan istifadə edərək bir-birilərini lentə alıblar. Bu zaman “Cruze”un sürücüsü idarəetməni itirərək maşını digər nəqliyyat vasitəsinə vurub. Nəticədə hər iki avtomobilə maddi ziyan dəyib.

Qeyd edək ki, sükan arxasında mobil telefondan istifadə etmək qanunla da qadağandır. İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, bu xəta 50 manat cəriməylə nəticələnir. 

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
avtosfer.az

1Mənbələr