“YouTube” yeni reklam formatını sınaqdan keçirməyə başlayıb.

İndex.az xəbər verir ki, bu yeni format video məzmunun ortasında görünən reklamlarda şəkil içində şəkil (Picture in Picture) funksiyasından istifadə edəcək.

Bu funksiya sayəsində istifadəçilər kiçik bir pəncərədə baxdıqları videoları izləməyə davam edərkən reklamlar digər pəncərədə oynanılacaq. Beləliklə, reklamların səbəb olduğu fasilələr minimuma endirilmiş olacaq.

Bu yeni format haqqında hələ ətraflı məlumat verilməyib.

Bununla belə, iki variant nəzərdən keçirilir: Ya məzmun kiçik ekranda izlənməyə davam edərkən reklamlar tam ekranda oynanılacaq, ya da reklamlar kiçik bir pəncərədə izlənildikdə məzmun tam ekran olaraq qalacaq.

Hər iki halda məqsəd istifadəçi təcrübəsini təkmilləşdirməklə reklamları daha aza endirməkdir.