AZ

Azərbaycan təbii qazının 60 faizi ixrac olunur

Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-iyun aylarında təbii qazın paylanması haqqında məlumat yayıb.

Məlumatda qeyd edilib ki, cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2024-cü ilin yanvar-iyun  aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21 milyard 870,9 milyon kub metr təşkil etmişdir. Təbii qaz üzrə ehtiyatların 27,5 faizi ölkə daxilində istehlak edilmiş, 59,8 faizi ixrac olunmuş, 2,5 faizi itkiyə getmiş, 10,2 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalmışdır.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,8 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 40,2 faizi isə əhaliyə satılmışdır.

2024-cü ilin yanvar-iyun aylarında 13 milyard 79,6 milyon kub metr və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz çox təbii qaz ixrac edilmişdir.

Əhali tərəfindən 2 milyard 420,4 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz az təbii qaz istehlak edilmiş, onun 37,9 faizi Bakı şəhərinin,  3,1 faizi Naxçıvan Muxtar Respublikasının, 11,7 faizi Abşeron-Xızı, 6,0 faizi Gəncə-Daşkəsən, hər biri 5,7 faiz olmaqla Lənkəran-Astara və Mərkəzi Aran, 5,5 faizi Qazax-Tovuz, 5,0 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,6 faizi Qarabağ, 3,8 faizi Mil-Muğan, 3,6 faizi  Şirvan-Salyan, 2,5 faizi isə Dağlıq Şirvan  iqtisadi rayonlarının payına düşmüşdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
22
marja.az

10Mənbələr