AZ

Ronaldo və Messi arasında fərq

Milli komandaların heyətində daha çox il ərzində qol vuran futbolçuların siyahısı açıqlanıb.

TEMPİNFO xəbər verir ki, İFFHS-in cədvəlinə Kriştiano Ronaldo başçılıq edir.

Portuqaliyalının yığmada qol vurduğu illərin sayı 21-dir. O, 2004-2024-cü illərin hər birində qol sevinci yaşayıb.

Lionel Messi Argentina, Robbi Kin İrlandiya millisinin heyətində 19 fərqli ildə rəqib qapısına yol tapıb.

Üç futbolçu bunu 18 il ərzində bacarıb. Yari Litmanen Finlandiya, Qoran Pandev Şimali Makedoniya, Sunil Çetri Hindistan yığmasında fərqlənib.

Qeyd edək ki, İFFHS-in cədvəlinə ən azı 15 ildə qol vuran 18 futbolçu daxil edilib.

TEMPİNFO

Seçilən
15
2
tempinfo.az

2Mənbələr