AZ

Daha bir Afrika ölkəsi Ukrayna ilə diplomatik əlaqələri kəsdi

"Rəsmi Kiyev terrorçu qruplara dəstək verdiyi üçün Ukrayna ilə diplomatik münasibətləri dərhal kəsirik".

Demokrat.az
xəbər verir ki, bunu Niger hökumətinin sözçüsü Amadu Abdraman deyib.

Onun sözlərinə görə, Niger hakimiyyəti bu qərarı Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi Andrey Yusovun Kiyevin Malidəki tuareq üsyançılarına Vaqner PMC-nin muzdlularına qarşı hərbi əməliyyatın təşkilində kömək etdiyi barədə bəyanatından sonra verib.

Abdraman vurğulayıb ki, Niger Mali hökuməti və xalqı ilə həmrəylik əlaməti olaraq Ukrayna ilə diplomatik əlaqələri kəsir. 

Xatırladaq ki, Mali hakimiyyəti avqustun 5-də Ukrayna ilə diplomatik münasibətləri kəsdiyini elan edərək, Kiyevin tuareq üsyançılarını dəstəklədiyini izah edib.

“Ukrayna hakimiyyətinin hərəkətləri Malinin suverenliyini pozur, xarici müdaxilənin hüdudlarından kənara çıxır və bu, özlüyündə qınaq obyektidir və Maliyə qarşı açıq-aşkar təcavüz və beynəlxalq terrorizmə dəstəkdir”, - deyə ölkə hökumətinin bəyanatında bildirilir.


Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
demokrat.az

2Mənbələr