AZ

Türkiyə Rusiya ilə əməkdaşlığa görə növbəti dəfə sanksiya təhlükəsi ilə üzləşib

ABŞ Rusiyaya texnologiya ixrac etdiyinə görə Türkiyəni sanksiyalarla hədələyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Vaşinqton Türkiyənin Rusiya Federasiyasına Qərb istehsalı olan elektron materialların tədarükü üçün əsas kanala çevrilməsindən narahatdır. Söhbət hərbi məqsədlər üçün istifadə oluna bilən prosessorlar, yaddaş kartları, gücləndiricilər və digər avadanlıqlardan gedir.

ABŞ Ticarət Nazirinin müavini Metyu Akselrod, "Türkiyə səlahiyyətliləri və sənayesinin sürətli irəliləyişini görməliyik, əks halda bizim ixrac nəzarətimizi pozanlara qarşı sanksiyalar tətbiq etməkdən başqa çarəmiz qalmayacaq", deyə qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
operativmm.az

1Mənbələr