AZ

Daha bir Afrika ölkəsi Ukrayna ilə diplomatik əlaqələri kəsdi

Malinin ardınca Afrika ölkəsi Niger də Ukrayna ilə diplomatik əlaqələri kəsib.

Editor.az bildirir ki, bu barədə avqustun 6-da “Al Arabiya” məlumat yayıb. Niger bu qərarı Mali Kiyevi guya “terror qrupları”, yəni iyulun sonunda “Vaqner” şəxsi hərbi kampaniyasının rus muzdlularının olduğu konvoyu məhv edən Tuaregləri dəstəkləməkdə ittiham etməsindən iki gün sonra verib.

Bundan əlavə, Niger “Ukrayna təcavüzü” ilə bağlı qərar qəbul etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət edib – “Al Arabiya” xəbər verir.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
editor.az

1Mənbələr