AZ

Nigeriya Ukrayna ilə diplomatik əlaqələri kəsib

Nigeriya hakimiyyəti Kiyevin terror qruplaşmaları dəstəklədiyinə görə Ukrayna ilə diplomatik münasibətləri dərhal kəsdiyini elan edib, Banker.az bu barədə TASS-a istinadən xəbər verir. Bildirilir ki, ölkə “Ukrayna təcavüzü və onun sponsorları ilə bağlı” qərar qəbul etmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət etməyi planlaşdırır.

Xatırladaq ki, avqustun 5-də Mali hakimiyyəti Ukrayna ilə diplomatik münasibətləri kəsdiyini elan edib. Bundan əvvəl Kiyev hökumət qoşunları ilə vuruşan üsyançılara dəstək verib. Qərar Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi Andrey Yusov və Seneqaldakı səfiri Yuri Pivovarovun şərhləri ilə izah edilib. Mali hesab edir ki, Andrey Yusov Ukraynanın hücumda iştirakını etiraf edib, Yuri Pivovarov isə açıq şəkildə beynəlxalq terrorizmi dəstəkləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
50
banker.az

10Mənbələr