AZ

Çempionlar Liqası: Günün bütün nəticələri

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub. Təmsilçimiz “Qarabağ” dogma meydanda Bolqarıstanın “Ludoqorets” komandasına 1:2 hesabı ilə məğlub olub. Mourinyonun baş məşqçisi olduğu Türkiyə təmsilçisi “Fənərbaxça” isə Fransada “Lill”ə 1:2 hesabı ilə uduzub. Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları 13 avqustda keçiriləcək. Çempionlar Liqası III təsnifat mərhələsi, ilk oyunlar 6 avqust 20:00. “Qarabağ” (Azərbayan) – “Ludoqorets” (Bolqarıstan) Qollar: Diniş Almeyda, 56 (0:1), Juninyo, 64 (1:1), Kayo Vidal, 87 (1:2) Qırmızı vərəqə: Kayo Vidal, 89 ("Ludoqorets") 21:00. “Malmö” (İsveç) – PAOK (Yunanıstan) - 2:2 Qollar: Yansson, 28 (1:0), Tayson, 42 (1:1), Nanasi, 67 (2:1), Baba, 75 (2:2) 21:15. "Midtulland" (Danimarka) – “Ferentsvaroş” (Macarıstan) - 2:0 Qollar: Buksa, 17, Fransulino, 69  22:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya) - 1:1 Qollar: Yarmolenko, 38 (1:0), Dessers, 90+4 (1:1) 22:00. “Sparta” (Çex Respublikası) – “Styaua” (Rumıniya) - 1:1 Qollar: Dava, 61 (0:1), Olatunji, 78 (1:1) 22:30. “Lill” (Fransa) – “Fənərbaxça” (Türkiyə) - 2:1 Qollar: Santos, 12 (1:0), Kahveci, 80 (1:1), Zeqrova, 90+1 (2:1) 22:45. “Zalsburq” (Avstriya) – “Tvente” (Niderland) - 2:1 Qollar: Kyarqaard, 41 (1:0), 85 (2:0), Vlap, 90+1 (2:1)  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
matc.az

1Mənbələr