AZ

Qaxda yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilir

Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda respublikamızın 42 şəhər və rayonunu təmsil edən 486 şahmatçı mübarizə aparır.
Yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovun verdiyi məlumata görə, yarışlar 11 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə FIDE qaydalarına əsasən keçirilir və şəxsi komanda xarakteri daşıyır. Şahmatçılar A və B qrupları üzrə yarışırlar.
A qrupunda 2008-2013-cü il təvəllüdlü, B qrupunda isə 2014-cü ildə anadan olmuş və daha kiçikyaşlı şahmatçılar mübarizə aparırlar. Ümumilikdə, A qrupunda 234, B qrupunda isə 252 şahmatçı yarışır.
Şahmat Olimpiadası avqustun 15-dək davam edəcək. Olimpiadanın qaliblərinə Gənclər və İdman Nazirliyinin diplom və medalları, birinci yeri tutan şahmatçılara isə eyni zamanda, Şahmat Federasiyasının pul mükafatları təqdim olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
turk.az

2Mənbələr