Böyük Britaniya BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının noyabr ayında Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində iqtisadi artım üçün təmiz texnologiyaların təşviqi üzrə Azərbaycanla işləməyə hazırdır.
AzNews.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın İstanbuldakı baş konsulu, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Kənan Poleonun videomüraciətində deyilir.
“Böyük Britaniyanın biznes mühiti yeni, innovativ və ekoloji cəhətdən təmiz sənaye sahələrinin təşviqində Azərbaycana dəstək verməyə hazırdır”, - o deyib.