AZ

Doğum günün mübarək. Adın Araz kimi həmişə bu xalqın əzizi olasan, sevgilərində yaşayasan...

Elə şəxslər var ki, tutduğu vəzifə,mövqe ona hörmət qazandırır,cəmiyyət içərisində "nüfuz" qazandırır. Təbii bu hörmət,ehtiram kreslonun bəxş etdiyi bir nemətdir və kabinetdən çıxarılan kimi yamac qarı tək əriyib suya dönür. Amma tutduğu vəzifəyə,əyləşdiyi kresloya hörmət gətirən, el gözündə ucaldanlar da var. Belələri üçün ən böyük kabinet xalqın ürəyi,ən uca məqam isə xalqın sevgisidir.Bu gün isə Azərbaycanın o tayı ilə bu tayını birləşdirən bir ilahi gücün adını daşıyan Araz müəllimin doğum günüdür və o, belə bir təqvimdə təbii ki, özü haqda xoş sözləri eşitməyi haqq edir. Çünki Araz Nəsirov haqda müsbət fikirlər yazmaq çətin deyil, içdən, sidq-ürəkdən gəlir. Araz müəllim el gözündə ucalan,el içindən güc alan şəxsiyyətdir. Onun üçün vəzifə xalqa xidmət etmək üçün bir vasitədir. O böyük kürsünü göstərilən etimadı doğrultmaq üçün böyük imkan kimi dəyərləndirir.Araz müəllim sadəliyi,alicənablığı,humanizmi kitabdan oxuyub öyrənməyib, kimdənsə əxz etməyib. Bu onun ailə tərbiyəsi, genetik kodlarıdır. Halal çörəklə böyüyən, zəhmətin nə olduğunu bilən adamlar ona dəyər verərlər. Araz müəllim bu mənada sadəliyin,dürüstlüyün,halallığın simvoludur. Onu tanıyanlar bilir ki, əgər işin içində Araz müəllim varsa orda təmzlik, insanlıq, alicənablıq, və nəhayyət böyük dəyər verdiyimiz dostluq var. Deməli sözün bütün mənalarında ona inanmaq olar.Elə bu inam,güvən onu TƏBİB-in icraçı direktorunun müavini postuna gətirib. Bu gün səhiyyə sistemində aparılan bütün böyük işlərin,islahatların altına atılan imzalar içərisində başda Vüqar Qurbanov olmaqla , eyni zamanda Araz müəllimin də imzası yanaşı dayanır. TƏBİB-in böyük uğurlarında Araz müəllimin payı heç də sısqa bulaq qədər deyil,elə xan Arazın seli qədərdir.Ən əsası isə Araz Nəsirov zəhmətkeş bir ailənin zəhmətkeş övladı olaraq böyüyüb-başa çatıb. Ona görə də hansı vəzifədə olmasına baxmayaraq, öz hörmət-izzətini saxlamağı bacarır, rəhbərlikdən ta sıravi əməkdaşlara qədər onların sevgisini qazanmağa nail olur, özünü sadə aparmaqla başqalarından heç zaman fərqləndirmir, yaxud tutduğu vəzifəni insanlıqdan üstün hesab eləmir. Hər kəsin bu həyatda bir ömür payı var. Onu necə yaşamaq isə insanın öz əlindədir. Bu mənada Araz müəllim yaşadığı ömrü zirvələrə daşıyan, həyatını mübaliğəsiz xalqına həsr edən bir şəxsiyyətdir. Xalqın gözündə ucalmaq,onun sevgisini qazanmaq isə hər kəsə nəsib olmur. Doğum günün mübarək. Adın Araz kimi həmişə bu xalqın əzizi olasan, sevgilərində yaşayasan...Nicat MahmudovRubrika.Az





Facebook-da paylaş

Seçilən
35
rublika.az

1Mənbələr