AZ

Ramin Məmmədovdan 2 YENİ TƏYİNAT

İşğaldan azad edilmiş Ağdam və Zəngilan məscidlərinə ilk dəfə din xadimləri təyin olunub.

Publika.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağdam şəhər Cümə məscidi və Zəngilan məscidinə imam vəzifəsinə təyin olunmuş Mehman Nəsirov və Müşfiq Fərzəliyevlə görüşüb.

Dövlət Komitəsinin sədri Qarabağ və Şərqi Zəngəzurda tikilən məscidlərə imamların təyin edilməsinin 30 ilə yaxın düşmən işğalında qalan torpaqlara yenidən həyatın qayıtdığını göstərən növbəti fakt olduğunu vurğulayıb. O, qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı qələbədən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin və xalqının öz dini və tarixi-mədəni irsinə nə qədər bağlı olduğunu sübut edir.

Seçilən
71
6
publika.az

10Mənbələr