Avropa Statistika İdarəsi (Eurostat) iyun ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üzrə pərakəndə satış məlumatlarını dərc edib.

İndex.az xəbər verir ki, Avrozonada pərakəndə satışlar iyun ayında əvvəlki ayla müqayisədə 0,3% azalıb.

Məlumatlara görə, Aİ-də pərakəndə satışlar iyun ayında bir may ayına nisbətən 0,1% azalarkən, illik bazda 0,1% artıb.

Aylıq bazda pərakəndə satışlarda ən böyük azalma 2,7% ilə Xorvatiyada, 2,3% ilə Avstriyada, 1,7% ilə Latviya və Litvada müəyyən edilib.

Ən yüksək artım 1,8% ilə Rumıniyada, 1,4% ilə Bolqarıstanda və 1% ilə Danimarkada qeydə alınıb.