AZ

Sürücülərin NƏZƏRİNƏ – Zərifə Əliyeva küçəsində təmir işləri aparılır – FOTO/VİDEO

Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılan təmir işləri davam etdirilir.

TEMPİNFO xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

“Yerinə yetirilən işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb. Hazırda ərazidə asfaltlanma işləri aparılır.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən hissədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib”, – deyə məlumatda qeyd olunub.

TEMPİNFO

Seçilən
50
13
tempinfo.az

10Mənbələr